“Parabokt”da 8 Mart ruhu!

09.03.26

 “Parabokt” Baş ofis xanım əməkdaşları “8 Mart – Beynəlxalq Qadınlar Günü”nü birlikdə qeyd ediblər. Axşam yeməyi xoş anlar, səmimi söhbətlər, rəqslərlə yadda qalıb. Tədbir çərçivəsində xanım əməkdaşlara hədiyyələr təqdim olunub, birlikdə keçirilən gözəl vaxt isə xoş xatirələrlə yadda qalıb. Bununla yanaşı, region və digər filiallarda çalışan xanım əməkdaşlar da diqqətdən kənarda qalmayıb, onlar üçün də xüsusi hədiyyələr göndərilib.
Sevgi, güc və ilham mənbəyi olan bütün xanımlar dəyərlidir.