“Rənglərin ahəngi” mövzusunda müsabiqə

14.06.23

1 iyun - "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə şirkət əməkdaşlarının uşaqları arasında “Rənglərin ahəngi” mövzusunda müsabiqə keçirilib. Müsabiqədə 5-12 yaşlı uşaqlar iştirak edib. Onlar rəngləri necə təsəvvür etdikərini, öz fantaziya və bacarıqlarını rəngarəng rəsmlərlə göstərərək maraqlı işlər sərgiləyiblər. 6 yaşlı Nikita Sokolvak - "Proteck the Earth", 7 yaşlı İlahə Xəlilzadə - "Çiçəyin dostu", 10 yaşlı Duyğu Baloğlanlı isə - "Duyğunun duyğulu anları" adlı rəsmləri ilə qalib olublar. Qaliblərimiz sonda sertifikat və hədiyyələr ilə mükafatlandırılıb.