Ümumrespublika Yaşıllaşdırma Marafonunda "Parabokt" fəal iştirak etdi

12.04.22

12 Aprel tarixində keçirilmiş Ümumrespublika Yaşıllaşdırma Marafonunda "Parabokt" fəallıqla iştirak etdi. Aksiya IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirildi. Müşfiqabad qəsəbəsində keçirilən marafonda 8 hektar ərazidə 6000-dək Eldar şamı və zeytun ağacı əkildi.