Parabokt-dan təbiətə hədiyyə: 6000 nəfəs!

17.04.22

Ekologiyaya dəstək, təbiəti qorumaq məqsədilə Ümumrespublika Yaşıllaşdırma Marafonuna biz də qoşulduq! 

 

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə 6000-dək Eldar şamı və zeytun ağacı əkilib.

 

Parabokt əməkdaşları aksiyada iştirak edərək Yaşıl Marafona öz dəstəklərini göstəriblər.