Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə "Karyera Günü" adlı görüş

13.12.21

13 Dekabr tarixində "ParaBOKT"un İnsan Resursları departamenti Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə "Karyera Günü" adlı görüş keçirib.
Görüşdə "ParaBOKT"un yaranması və tarixi haqda tələbələrə geniş məlumat verilib. Həmçinin, bank və BOKT haqda məlumatlar və onların arasındakı fərqlər, "ParaBOKT"un fəaliyyət dairəsi, fəaliyyət istiqamətləri ilə bağlı detallı məlumat təqdim olunub. Bundan əlavə olaraq aktiv təcrübə proqramı və "ParaBOKT"da iş imkanları barədə məlumat verilib.