Anım Günündə şəhidlərimiz yad edildi!

27.09.24

"PARA"BOKT ASC-nin baş ofis əməkdaşları 27 sentyabr Anım Günü münasibətilə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizi dərin hörmətlə andılar. Şirkət əməkdaşları bu əlamətdar gündə toplaşaraq, 1 dəqiqəlik sükutla şəhidlərimizi yad edib, onların ruhuna dualar oxuyaraq, şəhid ailələrinin cəsarətini və qazilərimizin iradəsini, fədakarlıqlarını heç zaman unutmayacaqlarını vurğuladılar.