“PARABOKT” ASC maliyyə sektorunun liderlərindən biri kimi illərdir fəaliyyət göstərən, kredit əldə etməkdə geniş fürsətlər yaradan Bank Olmayan Kredit Təşkilatıdır. “PARA” brendinin tarixi 1991-ci ildə, Respublikamızın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardan olan Parabankdır.
Parabankın qocaman təcrübəsinin davamı kimi fəaliyyətini uğurla davam etdirən PARABOKT Bakı şəhəri və Respublikamızın bölgələrində 20 filial şəbəkəsi ilə daha yaxın, üstün xidmət göstərir.
PARABOKT qızıl girovu ilə nağd pul krediti əldə etməkdə müştərilərə lombard krediti xidməti təqdim edir. Müştərilərimizin girov qoyduğu zinət əşyaları etibarlı şəkildə qorunur və onlara rahat, güvənlə etibar edə biləcəkləri mühit yaradır.