“Parabokt” “ADA Universiteti”ndə karyera sərgisində iştirak edib

06.05.22

 “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən və peşə fəaliyyətinə başlamağa hazır gəncləri bir araya gətirən sərgidə “ADA Universiteti”nin 1500-ə yaxın tələbə və məzunu iştirak edib. Sərgi zamanı iştirakçılar “Parabokt” stendində aktiv vakansiyalarla tanış olub, karyera fürsətləri haqqında ətraflı məlumat əldə ediblər.