Bu dəfə bütün rəqəmlər "gülüşü" hesabadı - Parabokt-da uşaqlar günü!

30.05.25

Bu dəfə bütün rəqəmlərimiz “gülüşü” hesabladı. 

"1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə əməkdaşlarımızın uşaqları üçün yaddaqalan tədbir təşkil etdik. Balacalarımız üçün kreativ master klas, komediya şouları, rəqslər, oyunlar keçirilərək müxtəlif hədiyyələr təqdim olundu.

Tədbirdən əlavə filiallarımızda çalışan əməkdaşlarımızın uşaqlarına da şirkətin təbrikləri və xüsusi hədiyyələri çatdırıldı. 
#parabokt #1iyun #uşaqlargünü